Bu gün, iyulun 1-də paytaxtın bir neçə küçə və prospektlərində sıxlıq yaranıb. Bu haqda APA xəbər paylaşıb.
Hazırda tıxac olan yollar aşağıdakılardır:
1. Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən DİN Hospitalının qarşısınadək əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;
2. Moskva prospektində, Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinədək;
3. Bakı-Sumqayıt şosesində, Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısınadək;
4. Tbilisi prospektində, 20 Yanvar dairəsindən Həsən Əliyev küçəsi ilə kəsişməyədək, şəhər istiqamətində.