Bu gün, mayın 14-də Bakı bulvarında “EuroVillage 2022” Avropa Şəhərciyinin açılışı olub. Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.
Sərgi saat 11:00-dan 17:00-a kimi davam edəcək. “Eurovillage” bütün yaş qrupları üçün tədbirlər proqramından ibarətdir: rəsm dərsləri, üz rəngləmə, mini qatar gəzintiləri, şahmat yarışları və əyləncəli viktorina müsabiqələri. “ERASMUS +” layihəsi Avropada təhsil yolları barədə gənclərə məlumat və məsləhət verəcək.
Konsert isə saat 18:00-dan 21:00-a kimi keçiriləcək.
“Avropa Şəhərciyi Avropaya açılan pəncərədir, Avropa İttifaqının təşkil etdiyi zəngin mədəniyyət və müxtəliflikləri görmək, öyrənmək və zövq almaq imkanıdır”, - deyə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib.