Bakıda fəhlə işlədiyi müəssisənin qurutma dəzgahının bunkerinə yıxılaraq ölüb. Bu barədə 22 oktyabr tarixində Baş Prokurorluq məlumat verib.
Bildirilib ki, oktyabrın 21-i saat 13 radələrində Nərimanov rayonunda yerləşən “Termoplast” MMC-də fəhlə işləyən 1966-cı il təvəllüdlü Xalıq Əmirovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xalıq Əmirov müəssisənin ərazisində yerləşən və işlək halda olan qurutma dəzgahının bunkerinə yıxılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı “əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb.