Bakı Fransız Liseyi Təhsil Kompleksi ləğv olunub. Bu barədə İnsanoid İqtisadiyyat.az-a istinadən bu gün, 28 iyun tarixində məlumat verir.
Liseyin fəaliyyətinin dayandırılacağı ilə bağlı bu ilin aprel ayında şagirdlərin valideynlərinə məktub göndərilib.
Bu tədris ilində liseydə 200 şagird təhsil alıb.
Bakı Fransız Liseyi Təhsil Kompleksinin açılışı 2014-cü ilin sentyabrında olub. Lisey Bakının "Ağ şəhər" adlanan ərazisində yerləşib. Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib.
Tədris fransız dilində aparılıb.