Bakının Binəqədi rayonu, "Azadlıq Prospekti" metro stansiyasının yaxınlığında bir nəfər bıçaqlanıb. Bu barədə mayın 12-də APA məlumat paylaşıb.
29 yaşlı gənc naməlum şəxslə dava zamanı yaralanıb. O, sol ayağının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.