Bakıda gənc oğlan bir neçə nəfər tərəfindən döyülərək xəsarət alıb. Bu haqda mayın 13-də Report xəbər yayıb.
Məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Kürdəxanı qəsəbəsində 1994-cü il təvəllüdlü Həsənov Məhərrəm küçədə gedərkən tanımadığı bir neçə nəfərin hücumuna məruz qalıb.
Bədən xəsarətləri alan gənc xəstəxanaya çatdırılıb. Ona üz və baş nahiyələrinin hematoması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.