Paytaxt yollarındakı son vəziyyət açıqlanıb. Bu barədə oktyabrın 25-də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sıxlıq müşahidə edilən yollar aşağıdakılardır:
- Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
- Binəqədi şosesi, Azadlıq prospekti m/st istiqamətində;
- Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
- Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Zərifə Əliyeva küçəsində;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
- Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- Aeroport şosesi, Koroğlu m/st istiqamətində;
- 20 Yanvar dairəsində;
- Ağa Neymətulla küçəsi, Nəriman Nərimanov m/st istiqamətində.