Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində avtomobil piyadanı vurub. Bu haqda mayın 10-da Report xəbər paylaşıb.
Məlumata görə, 20 yaşlı qız yolu keçərkən yaralanıb. O, xəstəxanaya yerləşdirilib.
Bununla yanaşı, Bakının Yasamal rayonunda 19 yaşlı piyada da yol qəzasında xəsarət alıb. Onu yolu keçərkən avtomobil vurub. Yaralıya xəstəxanada sağ pəncənin sınığı diaqnozu qoyulub.
Faktlarla bağlı araşdırmalar davam edir.