Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə iyunun 6-da Report xəbər yayıb.
Belə ki, iyunun 3-də saat 23 radələrində Nərimanov rayonu ərazisində paytaxt sakini E. Rüstəmov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən piyadanı vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.