Bakıda mağazanın anbarından 60 min manatlıq oğurluq edilib. Bu barədə Report-a mayın 10-da DİN-dən bildirilib.
Məlumata görə, Z. Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından 60 min manat dəyərində elektrik məhsulları oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən mağazanın keçmiş işçisi Mahmud Qarayev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.