Bakıda mağazadan 2 950 manatlıq noutbuk oğurlanıb. Bu haqda iyunun 14-də Report xəbər yayıb.
Belə ki, Bakıxanov qəsəbəsindəki mağazaların birindən 2 950 manat dəyərində noutbuk oğurlanıb. Oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş N. Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.