Bakıda oğurluq edən şəxs tutulub. Bu barədə iyunun 10-da APA xəbər yayıb.
Bakıxanov qəsəbəsində yerləşən tam orta məktəblərin birindən 2 ədəd notbuk, 2 ədəd monitor və 2 ədəd lobzik oğurlanıb. Bundan başqa, idman zalından 800 manat pul, notbuk, qol saatı, skaner və “DVR”, inşa olunan bir evdən isə 1 000 manat dəyərində materiallar qarət edilib.
Oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V. İsmayılov saxlanılıb.