Bakı metropoliteni xəttə yeni 7 vaqonluq qatarlar buraxacaq. Bu barədə oktyabrın 20-də Trend-ə Bakı metropolitenindən bildirilib.
Bildirilib ki, yeni 7 vaqonluq qatarlar metronun bənövşəyi xətti üzrə hərəkət edəcək. "Artıq qatarların sınaqları həyata keçirilib. Yaxın günlərdə bənövşəyi xətt üzrə 7 vaqonluq qatarlar xəttə buraxılacaq", - deyə qurum rəsmisi Bəxtiyar Məmmədov bildirib.
Xatırladaq ki, hazırda Bakı metropoliteninin bütün xətləri üzrə 5 vaqonluq qatarlar fəaliyyət göstərir.