Bakı metropoliteni 26-29 may tarixlərində keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Aviasiya Festifalı ilə bağlı gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə qurumdan məlumat verilib.
Belə ki, “28 May”, “Sahil”, “İçərişəhər” və “Nizami” stansiyalarının iş rejimində müvafiq dəyişikliklər ediləcək. Sözügedən stansiyalarda əlavə işçi personalı ayrılmaqla xüsusi növbətçilik cədvəli tərtib olunacaq.
Bununla yanaşı, ehtiyat qatarlar daim hazır saxlanılacaq. “Bakmil” stansiyasında qatarların hərəkət cədvəli iş günləri qrafikinə uyğun tənzimlənəcək.