“Bakı Metropoliteni” QSC gələn il sərnişinlərə təmassız ödəniş etmək imkanı yaratmağı planlaşdırır. Bu barədə 20 oktyabr tarixində Report qurumun mətbuat xidmətinin rəhbərinin sözlərinə istinadən məlumat verib.
Onun sözlərinə görə, artıq bunun üçün sınaq işləri aparılıb: "Hazırda texniki dizayn istiqamətində işlər sürətlə davam etdirilir. Sistem istifadəyə veriləndən sonra sərnişinlər "ağıllı" smart saatlardan, mobil cihazlardan, QR kodlardan, bank kartlarından istifadə etməklə ödəniş edə biləcəklər",- deyə o qeyd edib.