Bu gün saat 11:00-da Bakı Metropoliteninin "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarında nasazlıq yaranıb. Bu haqda mayın 19-da Report xəbər verib.
Bununla əlaqədar "Ulduz" stansiyasında sərnişinlər düşürülüb.
Qatar depoya göndərilib, əvəzinə qatar verilib. Nəticədə iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.