Bakıda motosiklet bordürə çarpılıb, sürücü ölüb. Bu barədə 20 sentyabr tarixində Report məlumat verib.
Bu gecə saat 02 radələrində Masallı rayon sakini, 1988-ci il təvəllüdlü Sadıqov Azər Böyükağa oğlu idarə etdiyi "Yamaha" markalı motosiklet ilə Bakı şəhəri Nizami rayonunun Ziya Bünyadov prospektində hərəkətdə olarkən "Koroğlu" metro stansiyasının üzərində yerləşən körpüyə çatmamış bordürə çarpılıb, nəticədə o, hadisə yerində ölüb.
Fakt üzrə Nizami RPİ-nin İŞ-də araşdırma aparılır.