Bakı-Naxçıvan və Naxçıvan-Bakı aviareysləri üzrə Azərbaycan vətəndaşı olan hər bir sərnişin üçün biletin qiyməti 60 manat məbləğində müəyyən edilib. Bu barədə iyunun 6-da AZAL məlumat verib.
Belə ki, daha öncə Azərbaycan vətəndaşları üçün 20 manatlıq güzəşt məbləği tətbiq edilirdisə, hazırda güzəşt məbləği 10 manata endirilib.
Qeyd edək ki, sözügedən reys üzrə xarici vətəndaşlar üçün biletin qiyməti 70 manatdır.