Bakıda xəstəxanalardan birində pasiyent burun əməliyyatı zamanı vəfat edib. Bu haqda iyulun 1-də Report xəbər paylaşıb.
Həmin şəxsin əslən Biləsuvar rayonundan olan, Bakı şəhərində yaşayan 50 yaşlı Əhməd Kazımov olduğu məlum olub.
Mərhumun qohumlarının iddiasına əsasən, o, həkim səhlənkarlığına görə vəfat edib.
Hadisə araşdırılır.