Kür-Bakı magistral su kəmərində baş verən qəzaya görə dayandırılan nəqliyyat hərəkəti tam bərpa olunub. Bu barədə oktyabrın 15-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Subasma Bakı-Qazax avtomagistralında baş verib. Problemin aradan qaldırılması üçün 18 texnika, 21 motopompa və 116 əməkdaş müvafiq tədbirlər həyata keçirir.
Həmçinin hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və digər vəzifəli şəxslər ərazidədir.