Kür-Bakı magistral su kəmərindəki qəzanın fəsadları aradan qaldırılıb. Bu barədə 16 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Hadisə magistralın Qaradağ rayonundan keçən hissəsində baş verib. Nəticədə ətrafı su basıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakı-Qazax avtomagistralı boyu suyun çəkilərək kənarlaşdırılmasını təmin ediblər.