Bakı-Qazax şosesində güclü külək qəzaya səbəb olub. Bu barədə mayın 24-də APA məlumat yayıb.
Hadisə Bakı Dairəvi yolunda qeydə alınıb. Belə ki, İran vətəndaşı Cavanşir Cəbrayıl idarə etdiyi “MAN” markalı yük avtomobili ilə hərəkətdə olan zaman güclü külək əsib. Bu zaman ağır tonnajlı yük avtomobili aşıb.
Ağır xəsarət alan sürücünün qolu amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.