Bakı-Qazax magistral yolunda 5 kəndin işıqsız qalmasına səbəb olan qəza baş verib. Bu haqda iyunun 16-da APA məlumat yayıb.
Hadisə bu gün səhər saatlarında, yolun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. 1959-cu il təvəllüdlü şəxsin idarə etdiyi avtomobil əvvəlcə beton arakəsməyə, sonra isə vakuum açarlarına çırpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Lakin Qarabörk, Qulabənd, Küçəkənd, Alpı və Ənvər Məmmədxanlı kəndlərinə elektrik enerjisi verilişi dayandırılıb.