Bakı-Qazax magistralının Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza olub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 12 iyul tarixində xəbər verir.
Qəza zamanı 2 mikroavtobus və yük avtomobili toqquşub.
Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan 5-i Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib, 4 nəfərə isə yerində ambulator yardım göstərilib.