Bakı-Quba-Rusiya avtomobil yolu bərpa edilir. Yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. Bu barədə mayın 13-də AAYDA xəbər yayıb.
Hazırda tikinti-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində 66 km-lik hissədə aparılır.
Avtomobil yolunda işlər hissə-hissə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks-istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.
Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
[URIS id=48360]