Bakı-Quba yolunda mayın 12-də ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda APA məlumat yayıb.
Belə ki, iki avtomobil magistralın 68-ci kilometrliyində toqquşub. Hadisə zamanı 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.