Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda 3 nəfərin həlak olduğu yol qəzası barədə məlumat yayıb.
İnsident bu gün saat 09:00 radələrində Bakı-Quba-Rusiya yolunun Xızı rayonu ərazisindən keçən hissəsində baş verib. İki avtomobilin toqquşması bir sürücünün, 31 yaşlı kişinin və onun 2 aylıq qızının hadisə yerində ölməsi ilə nəticələnib.
Avtomobildə olan digər sərnişinlər isə yaralanıblar.
[URIS id=48035]