Bakı-Quba yolunda iki maşın toqquşub. Bu barədə 15 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, hadisə magistralın 78-ci kilometrində, Siyəzən rayonu ərazisində qeydə alınıb. Belə ki, “Nissan” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü şəxs və 19 yaşlı gənc dünyasını dəyişib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.