Rusiyanın paytaxtı Moskvadan gedən sərnişinlər ən çox İstanbul, Bakı, Daşkənd və Oş şəhərlərinə üz tuturlar. Bu barədə Report “Tutu.ru” səyahət xidmətinə istinadən məlumat paylaşıb.
Sözügedən istiqamətlər üzrə axtarış sorğuları təxminən 17% təşkil edir.
Səyahət edənlərin təxminən 3%-dən çoxu İstanbul və Bakını seçir. Həmçinin Antalya, Bişkek, Düşənbə, Tel-Əviv və Kişinyov şəhərləri səyahətçilərdə maraq doğurur.