Bakıda səhvən sirkə turşusu içən qadın ölüb. Bu barədə 22 sentyabr tarixində Oxu.az məlumat verib.
Belə ki, Binəqədi rayonu ərazisində 1977-ci il təvəllüdlü Ayna Məhərrəmova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O, 2 gün sonra xəstəxanada dünyasını dəyişib.
Ailə üzvlərinin sözlərinə görə, adıçəkilən qadın həmin gün evdə turşu bağlayan zaman səhvən sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.