Bakı sakini döyülərək 2 000 manatı əlindən alınıb. Bu barədə mayın 27-də Report-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, mayın 25-də saat 3 radələrində polisə üç nəfərin paytaxt sakini E. Məmmədovu döyərək 2 000 manatını almaları barədə müraciət daxil olub.
Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü. Hacıyev, Lənkəran rayon sakini R. Əhmədzadə və Cəlilabad rayon sakini S. Əsgərov saxlanılıblar.
Araşdırma aparılır.