Bakı sakininin bank hesabından 800 manat oğurlayan şəxs saxlanılıb. Bu barədə iyunun 27-də Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Hadisə iyunun 22-də baş verib. Paytaxt sakininin hesabından pul oğurlayan şəxsin Bərdə sakini V.Hüseynov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.