Bakı sakininin kart hesabından pul oğurlanıb. Bu barədə 11 iyun tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, Polis İdarəsinə iyunun 9-da 383 manatın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.