Bakı-Sumqayıt şosesi, Ekologiya postunun yaxınlığında ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda APA iyunun 13-də məlumat verib.
Avtomobil yolu keçən 23 yaşlı gənci vurub. Piyada hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma davam edir.