Bakı, Sumqayıt və Abşeron rayonu üzrə pensiyaların iyulun 8-də ödənilməsi nəzərdə tutulub. Bu barədə iyulun 5-də Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
2022-ci il üzrə ödənilən 200 manat maddi yardımın növbəti rüb üzrə veriləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq.