İyunun 9-da Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə 7 iyun tarixində Dövlət Sosial Müdafiə Fondunun Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay qrafik üzrə ödəniləcək.