Həftəsonu Bakı, Sumqayıt və Lənkəranda yol qəzaları zamanı piyadalar həlak olub. Bu haqda Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
İyunun 11-də Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində “Priora” markalı avtomobil yolu keçən şəhər sakinini vurub. O, hadisə yerində ölüb.
Analoji hadisə həmin gün saat 13:00 radələrində Lənkəran rayonunun Vilvan kəndində baş verib. Müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən piyada iyunun 12-də orada ölüb.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində iyunun 12-də qeydə alınan qəza nəticəsində yaralanan piyada xəstəxanada dünyasını dəyişib.
Hər üç faktla bağlı araşdırma aparılır.