Bakıda sürücü ehtiyatsızlıqdan ağır xəsarət alıb. Report-un iyunun 15-də verdiyi məlumata görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Ağayev Təbriz idarə etdiyi avtomobillə hərəkətdə olarkən sol əli digər avtomobilin qapısına dəyib. Nəticədə sürücünün qolu sınıb.
Müayinə zamanı ona sol mil sümüyünün açıq yerdəyişən sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin təfərrüatı araşdırılır.