Tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq Bakı-Şuşa-Bakı avtobuslarının hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.
Bakı – Şuşa – Bakı istiqamətində reyslərin sayının artırılması qərara alınıb. Bu haqda mayın 23-də Dövlət Avtomobil Nəqliyyatı Xidməti xəbər verib.
İyun ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 5 dəfə səfər edə biləcəklər.