Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində üç gəncin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə mayın 19-da APA xəbər paylaşıb.
Taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobil Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələrini vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.