Bakı-Tbilisi marşrutu üzrə J2-9225 saylı reys əlverişsiz hava şəraiti səbəbindən hava limanına geri qayıdıb. Bu haqda iyunun 8-də “Buta Airways” aviaşirkəti məlumat paylaşıb.
Tbilisi hava limanı ərazisində tufan olduğuna görə uçuş təxirə salınıb. Təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda enib.
Hava şəraitinin yaxşılaşmasından sonra sərnişinlər Tbilisiyə yola düşəcəklər.