Paytaxtın akademik Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Xan Şuşinski küçəsi ilə kəsişməsinədək, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla Koroğlu Rəhimov küçəsi istiqamətindəki sıxlığa görə avtobuslararası intervallarda gecikmə olub. Bu barədə iyunun 21-də Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Sözügedən ərazidən keçən 6, 13, 61 və 83 nömrəli marşrut xətlərindəki avtobuslar 10-15 dəqiqə gecikib. Ümumilikdə 10-12 avtobus tıxacda qalıb.
Bununla yanaşı, Abbasqulu ağa Bakıxanov küçəsinin Zivər bəy Əhmədbəyov küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinədək, Türkiyə səfirliyi istiqamətində sıxlıq müşahidə edilir. Sözügedən ərazidən keçən 3 və 17 nömrəli marşrut xətlərinin 7-dən çox avtobusu 10-15 dəqiqə gecikib.
[URIS id=55085]