Bu gün, iyunun 29-da Bakıda 20-yə yaxın avtobusun hərəkətində gecikmə müşahidə olunub. Bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bakı - Sumqayıt şosesi - Moskva prospektindən 20 Yanvar dairəsi - Tbilisi prospekti istiqamətində tıxac yaranıb. Nəticədə 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli marşrut xətləri üzrə 20-yə yaxın avtobus 10-15 dəqiqə gecikmə ilə hərəkət edib.
Azadlıq prospekti - Binəqədi şosesindən Azadlıq metro stansiyası istiqamətində isə nəqliyyat sıxlığı səbəbindən 71, 79, 133, 165, 179 və 202 nömrəli marşrut xətləri üzrə 10-a yaxın avtobus 13-15 dəqiqə gecikib.