Bakıda yol qəzası baş verib. Bu barədə Report-a iyunun 13-də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Kənar dairəvi yolda baş verən qəzadan sonra yolun hərəkət hissəsində qalmış iri qabaritli nəqliyyat vasitəsi Beynəlxalq Avtovağzal istiqamətində sıxlığa səbəb olub.