Bakının əsas küçə və prospektlərində sürücülərin maarifləndirilməsi məqsədilə elektron tablolar quraşdırılacaq. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Report-a bildirilib.
Qeyd olunub ki, 2019-cu ildə tabloların idarə olunması üçün istifadə edilən texniki avadanlıqlarda yaranan problemlərlə bağlı nəqliyyat axınını ifadə edən qrafik sxemlərin yayımı dayandırılmışdı.
Hazırda texniki nasazlıqların aradan qaldırılması istiqamətində işlər görülür: “Sürücülərin maarifləndirilməsi məqsədilə elektron tablolarda yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair qrafik təsvirlərin (sosial çağırışların piktoqram vasitəsilə) yayımlanması nəzərdə tutulur”.