Paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayılıb. Bu barədə mayın 25-də Report-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hazırda bu yollarda sıxlıq müşahidə edilir:
- Tbilisi prospekti – şəhər və 20 Yanvar dairəsi istiqamətində;
- Alı Mustafayev küçəsi – "Velotrek"in qarşısından Ziya Bünyadov prospektinə qalxan yolda;
- Rövşən Cəfərov küçəsi - 3 mkr dairəsindən 20 Yanvar dairəsinə qalxan yolda;
- Ziya Bünyadov prospekti - Müzəffər Həsənov küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində;
- Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;
- Mustafa Kamal Atatürk prospekti - Ziya Bünyadov prospekti istiqamətində;
- Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində;
- Heydər Əliyev prospekti - "Koroğlu" metrostansiyasının yanından şəhər istiqamətində, köməkçi yolda;
- Şah İsmayıl Xətai prospekti - Heydər Əliyev prospekti istiqamətində;
- Abbasqulu ağa Bakıxanov küçəsi - Türkiyə səfirliyi istiqamətində;
- İstiqlaliyyət küçəsi - Azneft dairəsi istiqamətində;
- Koroğlu Rəhimov küçəsi - ak. Həsən Əliyev küçəsi və Heydər Əliyev prospekti istiqamətində.