Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 24 oktyabr tarixində Report məlumat verib.
Belə ki, avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Səftərov Rəşid Azər oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.