İyunun 1-də Bakı Zooloji Parkında “Gələcək uşaqlara məxsusdur” adlı şənlik keçiriləcək. Bu haqda mayın 25-də Oxu.az məlumat yayıb.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan şənlik saat 11:00-da başlayacaq.
Həmin gün zooparkın müxtəlif məntəqələrində ziyarətçilər ödənişsiz şəkildə oyunlara və yarışlara qatılaraq hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.