Bakı Zooloji Parkında pələng balası doğulub. Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İnstaqram hesabında paylaşım edib.
Məlumatda bildirilib ki, dünyaya gələn dişi pələng balasının adı Nurdur.
“Təbiətdə pələnglərin nəsli kəsilmək üzrədir və hal-hazırda 4000-dən az fərd qalıb. Bala hal-hazırda karantində, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır və daha sonra valideynlərinə qovuşacaq", - məlumatda bildirilib.
View this post on Instagram