Yaxın 2 il ərzində Bakı şəhərində 100 smart dayanacağın quraşdırılması nəzərdə tutulur. Bu haqda iyunun 25-də KOBİA məlumat yayıb.
Smart avtobus dayanacaqları yerli istehsaldır.
Dayanacaqların işıqlandırılması və elektrik təminatı qismən günəş paneli hesabına təmin olunacaq. Smart dayanacaqlarda kofe, çay, su və s. zəruri məhsulların satışı təşkil ediləcək.